Rusiyada yaşayış binasında partlayış olub - VİDEO

  Rusiyada yaşayış binasında partlayış olub -    VİDEO
  15 Fevral 2019    Oxunub:2026
Rusiyanın Krasnoyarsk şəhərində yaşayış binasında partlayış baş verib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.



Bildirilib ki, partlayış nəticəsində binanın ikinci və üçüncü mərtəbələri dağılıb. 12 nəfər xilas edilib. Onlardan ikisi uşaqdır. Bir nəfərin meyitinin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə təcili yardım və xilasedici briqadalar cəlb olunub.

Azvision.az


Teqlər: Rusiya   Partlayış  





Xəbər lenti