Çeçenlər Moskvada azərbaycanlılara hücum etdi - 10 yaralı (VİDEO)

 Çeçenlər Moskvada azərbaycanlılara hücum etdi -  10 yaralı (VİDEO)
  15 Fevral 2019    Oxunub:17681
Moskvanın cənub-şərqindəki Peçatnik rayonunda 100-ə yaxın adamın iştirakı ilə kütləvi dava və silahlı insident baş verib. Hadisə nəticəsində 10 nəfər yaralanıb, 20-si isə saxlanılıb.

Azvision.az “Lenta.ru”ya istinadən xəbər verir ki, silahlı atışma ötən axşam saat 23:00 radələrində Peçatnik rayonunun Kuryanova küçəsində azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” restoranında olub.
Qeyd olunur ki, 14 fevral "Valentin günü" ilə əlaqədar restoranda çoxlu müştəri olub. Lakin qəfildən bıçaqla və travmatik tapança ilə silahlanmış bir qrup çeçen restoranı basaraq, oradakı bütün müştəriləri küçəyə çıxmağa məcbur ediblər. Daha sonra isə restoran əməkdaşlarına qarşı hücuma keçiblər. Atışmadan və kütləvi davadan sonra çeçenlər müşahidə kameralarının video yazılarını özlərini ilə götürərərk hadisə yerindən qaçıblar.

Şahidlərin sözlərinə görə, atışma zamanı restoranın sahibi Yaşar Əliyev yaralanıb. Restorandakı insidentdən sonra isə Peçatnik rayonunda daha bir atışma olduğu, azərbaycanlıların maşınla çeçenləri təqib etdikləri iddia olunur.

Hazırda Rusiya polisi baş verən insdientin səbələrini araşdırır.

Silahlı atışmanın şahidlərindən biri “Beşinci kanal”a bildirib ki, “Neolit” restoranındakı kütləvi davanın səbəbi çoxdankı haqq-hesabla bağlıdır. Bu dəfəki insident də həmin proseslərin davamıdır və hücumçuların hədəfi Yaşar Əliyev olub.





Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Moskva   Çeçen   Azərbaycan  





Xəbər lenti