Makron yenə Ermənistana səfər edəcək
Azvision.az xəbər verir ki, bunu Ermənistanın vitse-prezidenti Mqer Qriqoryanla görüşündə Fransanın İrəvandakı səfiri Conatan Lakota deyib.
Makronun Ermənistana sonuncu səfəri 2018-ci ilin oktyabrında baş tutub.
Qeyd edək ki, fevralın əvvəlində Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) rəsmi qəbul naharında çıxş edən Emmanuel Makron seçkiqabağı kampaniyasında verdiyi vədlərdən birini yerinə yetirərək, 24 aprel tarixini “erməni soyqırımını anma günü” elan edib. Bununla da, hər il 24 aprel Fransada qondarma soyqırımın anım günü kimi qeyd ediləcək.
Leyla Ebrusqızı
Azvision.az
Teqlər: Ermənistan Fransa