Fransa İtaliyadakı səfirini geri göndərir

Fransa İtaliyadakı səfirini geri göndərir
  15 Fevral 2019    Oxunub:1645
Fransa daxili işlərinə qarışan qonşusu İtaliyaya etiraz olaraq bir həftədir geri çağırdığı səfiri Kristian Massetini bu gün Romaya geri göndərir.
Azvision.az “France İnfo”ya istinadən xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə naziri Natali Luazo deyib.

“İtaliya prezidenti cənab Mattarella prezident Makrona zəng etdi. Onlar bir-biriləri ilə danışdılar və Fransa ilə İtaliya arasındakı dostluğun vacibliyini, ölkələrimizin bir-birinə nə qədər ehtiyac duyduğunu bildirdilər”, – Luazo vurğulayıb.

Xatırladaq ki,ötən həftənin əvvəlində İtaliya baş nazirinin müavini, iqtisadi inkişaf naziri Liuci Di Maio Fransadakı “sarı jiletlilər” etiraz hərəkatının nümayəndələri ilə görüşmüşdü. Bunu Fransanın daxili işlərinə qarışılması və təxribat adlandıran rəsmi Paris məsləhətləşmələr aparmaq üçün İtaliyadakı səfirini geri çağırmışdı.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İtaliya   Fransa  





Xəbər lenti