Ermənistan parlamentində DAVA

Ermənistan parlamentində DAVA
  13 Noyabr 2013    Oxunub:1291
Mübahisə o qədər qızışıb ki, Parlamentin iclasında iştirak edən hər kəs zalı tərk edib.

Ermənistan Parlamentinin Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər üzrə daimi Komissiyasının iclası bu dəfədə səs-küylü keçib. Bu barədə AzVision.az erməni mətbuatına istinadən xəbər verir.

Komissiyanın sədri, Respublika Partiyasının üzvü Koryun Nahapetyan və Erməni Milli Konqresi fraksiyasının deputatı Qaqik Janqiryan arasında mübahisə olub.

Məlum olub ki,ilin sonuna kimi 3 dinləmə keçirilməsi məsələsinin iclasın gündəminə salınması Q. Canqiryanın xoşuna gəlməyib. O,3 dinləmənin mənasız olduğunu bildirib və yalnız 1 dinləmə keçirilməsini təklif edib.

Naapetyan isə öz növbəsində Canqiryanın təklifini çox aqressiv qarşılayıb: “Komissiyanın sədri mənəm, nə dedim o da olacaq!”

Naapetyanın bu cür davranışı Canqiryanı daha da qəzəbləndirib və ona “danışığına fikir ver” deyib. Mübahisə o qədər qızışıb ki, onların bağırtısından iclasda iştirak edən hər kəs zalı tərk edib.

Xatırladaq ki, tərəflər arasında bənzər münaqişə cari ilin iyun ayında da baş vermişdi. Onların mübahisəsi əlbəyaxa dava ilə nəticələnmişdi.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti