Firudin Qurbanov gənc alim və mütəxəssislərlə görüşüb
Firudin Qurbanov qeyd edib ki, kafedralarda doktorantların dissertasiya işlərinin mövzuları müzakirə edilərkən ciddi təhlillər və araşdırmalar aparılmalı, mövzunun aktual olmasına, onun ədəbiyyatda necə əks olunması, tədqiqatcılar tərəfindən işlənmə səviyyəsi nəzərə alınaraq elmi-texniki tərəqqinin tələblərinə cavab verməsinə xüsusi fikir verilməlidir. Mövzular muəyyənləşdirilərkən еlmin, təhsilin müasir və pеrspеktiv inkişafı, elm və təhsil qarşısında duran rеal vəzifələr, bu sahədəki dövlət siyasəti, aparılan islahatlar və ölkəmizin daha da inkişaf etməsini təmin edən prioritet istiqamətlər nəzərə alınmalıdır.
Azərbaycan alimlərinə “Clarivate Analytics” şirkətinin elmi bazasından istifadə imkanlarının yaradıldığını qeyd edən Firudin Qurbanov dünya elminə inteqrasiya məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar “ikili diplom”, doktorantların xarici ölkələrə ezam edilməsi, tədqiqatları üçün müvafiq şəraitin yaradılması məsələlərindən danışıb.
Tədbirdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, Magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova çıxış edərək doktorantlara lazımi məsləhətlər verib, onları maraqlandıran sualları cavablandırıblar.
Azvision.az