ABŞ Konqressi Türkiyəyə silah satışını qadağan etdi

   ABŞ Konqressi Türkiyəyə silah satışını qadağan etdi
  15 Fevral 2019    Oxunub:1500
ABŞ Konqressi xərclər haqqında qanun layihəsini qəbul edib. Sənəddə Türkiyəyə silah satışına qadağa qoyulması ilə bağlı bəndlər də yer alıb.

Azvision.az xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb.
Qanun layihəsinin bir bəndi ABŞ dövlət katibi Mayk Pompeonun Türkiyə prezidentinin təhlükəsizliyinə cavabdeh olan gözətçilərin 2017-ci ilin mayında Vaşinqtonda etirazçıları döydüyü barədə Konqressə məlumat verməməsi halında Ərdoğanın təhlükəsizlik xidmətinə silah satışını qadağan edir.

Sənədin digər bəndində isə qeyd olunur ki, Pentaqon (ABŞ Müdafiə Nazirliyi) Ankaranın Rusiyadan “S-400” raketdən müdafiə sistemlərini almasının mümkün nəticələri barədə hesabat təqdim etmədiyi müddətdə Türkiyəyə “F-35” qırıcı təyyarələrinin tədarükü qadağan ediləcək.

Amerikadakı həm erməni, həm də yunan diaspora və lobbi təşkilatları Konqressin bu qanun layihəsini qəbul etməsini alqışlayıblar. Sənəd imzalanması üçün ABŞ prezidenti Donald Trampa təqdim olunacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Konqress   Türkiyə   ABŞ   F-35  





Xəbər lenti