Dünyaca məşhur TV layihəsi Azərbaycanda - FOTO, VİDEO

Dünyaca məşhur TV layihəsi Azərbaycanda - FOTO, VİDEO
  13 Noyabr 2013    Oxunub:1144
Yaxın vaxtlarda dünyaca məşhur “Got Talent” şousunun lisenziyalı versiyası Azərbaycan telekanallarının birində yayımlanacaq.

“Kaspi Global” Böyük Britanyanın dünyaca məşhur “Britain`s Got Talent” layihəsinin formatına uyğun olaraq proqram hazırlanmasına start verib.



AzVision.az xəbər verir ki, “Kaspi Global” istehsalçı şirkət Talkback Thameslə aparılan danışıqlar nəticəsində verilişin yayım hüququ üçün lisenziya alınmasına razılıq əldə edib. Yaşından, cinsindən asılı olmayaraq hər kəsin iştirak edə biləcəyi verilişdə bacarıqlar nümayiş olunacaq. Sonda ən yaxşı istedad sahibi münsiflər tərəfindən qiymətləndiriləcək. Azərbaycan teleməkanında böyük əks-səda doğuracaq şou yerli və əcnəbi ekpertlərin birgə səyi ilə reallaşacaq.

“Kaspi Global”dan verilən məlumata görə, layihənin hazırlıqları yekunlaşmaq üzrədir və yaxın zamanda yerli televiziyaların birində yayımlanacağı gözlənilir.



Qeyd edək ki, 2007 ci ildən İngiltərənin “Independent” televiziyasında yayımlanan şounun rəhbəri Simon Covel və Ken Vorvikdir. Talkback Thamesin istehsalı olan və Syco televiziyası ilə birgə hazırlanan şouda münsiflər heyəti Amanda Holden, Alesha Dixon, David Walliams və başqalarıdır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti