İspaniyada erkən parlament seçkiləri keçiriləcək

  15 Fevral 2019    Oxunub : 747
 İspaniyada erkən parlament seçkiləri keçiriləcək
İspaniyanın baş naziri Pedro Sançes bəyan edib ki, 28 apreldə ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.
Azvision.az “El Pais” qəzetinə istinadən xəbər verir ki, erkən seçkilərə 2 gün öncə İspaniya parlamentinin aşağı palatasının 2019-cu maliyyə ili üzrə hökumətin təqdim etdiyi büdcə qanun layihəsini rədd etməsi səbəb olub.

Hökumətin büdcə layihəsinə katalonlar, mərkəz-sağçılar və mühafizəkarlar qarşı çıxıblar. Mühafizəkar Xalq Partiyasının lideri Pablo Kasado deyib ki, büdcə səsverməsinin nəticəsini baş nazir Pedro Sançesin hökumətinə qarşı faktiki etimad səsverməsi kimi qiymətləndirmək lazımdır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İspaniya