İranda təyyarə qəzaya uğrayıb - İki nəfər ölüb

  15 Fevral 2019    Oxunub : 748
İranda təyyarə qəzaya uğrayıb - İki nəfər ölüb
İranın şərqindəki Xorasan-Rezavi əyalətində yüngül təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “IRNA” agentliyi yerli təcili tibbi yardım xidmətinin nümayəndəsi Məhəmməd Əlişaha istinadən məlumat yayıb.

“Təyyarə səhər saat 11:00-da Kaşmar şəhəri yaxınlığında yerə çırpılıb. Göyərtədə olan 2 nəfər həlak olub” – Əlişah bildirib.

İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıq olub.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İran