Millət vəkili parlamentdə bankları `topa tutdu`
“Banklar əmanət faiz dərəcələri ilə kredit faiz dərəcələri arasındakı bu ciddi fərqləri Milli Məclisdə izah etməlidirlər. Biz bu məsələni ciddi müzkairə etməliyik. Çünki bu məsələ əhali arasında ciddi narahatçılıq yaradıb. Əhalinin əksər hissəsi banklardan asılı vəziyyətə düşüblər. Bu sahədə ciddi islahatlar aparılmalıdır və faiz dərəcələri aşağı salınmalıdır. Büdcədə kommunal xərclərin artması 15 faiz nəzərdə tutulur. İqtisadçı bunu oxuyanda görürük ki, 15 faiz əmək haqqı artımı ola bilməz, əgər qiymət artımı olarsa bu deyilsin ki, əhali bilsin. Ölkədə olan vəziyyəti, xaricdən gələn miqrantları nəzərə alaraq deyə bilərəm ki, heç olamzsa birinci yarımildə buna gedilməsin. Yerli icra hakimiyyəti orqanlarında işləyənlərində əməkhaqqı çox aşağıdır. Onlar 150-200 manat əməkhaqqı alir ki, bu da mərkəzi icra hakimiyyətlərində işləyənlərin maaşından çox aşağıdır”-deyə millət vəkili bildirib.
Sevinc İltifatqızı
Teqlər: