Koçaryan, Ohanyan və Xaçaturovun istintaqı başa çatdı

 Koçaryan, Ohanyan və Xaçaturovun istintaqı başa çatdı
  16 Fevral 2019    Oxunub:2517
Ermənistanın ikinci prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş baş nazirin müavini Armen Qevorkyan və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturova qarşı açılan cinayət işi üzrə aparılan ilkin istintaq prosesi başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, istintaq nəticəsində əldə olunan dəlillər adı çəkilən şəxslərə qarşı iddianamənin hazırlanması və cinayət işinin məhkəməyə ötürülməsi üçün kifayət edir.

Xatırladaq ki, Koçaryan, Ohanyan və Xaçaturov 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunurlar.

Armen Qevorkyan isə küllü miqdarda rüşvət almaqda, çirkli pulların yuyulmasında, konstitusiya quruluşunu devirmək cəhdində iştirakda və 1 mart hadisələrilə bağlı ədalət mühakiməsinə əngəl törətməkdə ittiham olunur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   İstintaq  





Xəbər lenti