Suriya ilə bağlı sensasion açıqlama: “Biz oyun qurmasaq, Türkiyə...”

Suriya ilə bağlı sensasion açıqlama:  “Biz oyun qurmasaq, Türkiyə...”
  16 Fevral 2019    Oxunub:2305
ABŞ-ın Cənubi Karolinadan olan respublikaçı senatoru Lindsi Qraham bəyan edib ki, Vaşinqton Avropa ölkələrindən Suriyanın Türkiyə ilə sərhəddində bufer zona yaradılması üçün hərbçi göndərməyi istəyəcək. Əvəzində isə ABŞ prezidenti Donald Tramp amerikalı əsgərlərin bir hissəsini Suriyada qoyacaq.
Azvision.az xəbər verir ki, Qraham bu fikirləri Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı səsləndirib. Bildirib ki, “İŞİD xilafətindən sonrakı strategiya” adlanan bu planı Trampla ətraflı şəkildə müzakirə ediblər.

“Prezident Tramp yaxın vaxtlarda Avropaya gələcək və yardımınızı istəyəcək. Siz də ümid edirəm ki, “hə” deyəcəksiniz və bunun qarşılığında isə ABŞ-a məxsus hərbçilər Suriyadakı münaqişədə qalmağa davam edəcəklər”, – deyə amerikalı senator vurğulayıb.

Qraham onu da bildirib ki, İŞİD-dən sonrakı strategiya mübarizədən fərqlənməlidir. Bu mənada, kürdlərə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayan senator, problemin həlli üçün təhlükəsiz zonaya ehtiyac duyulduğunu deyib.

“Biz oyun qurmasaq, Türkiyə Suriyaya girər və YPG-ni təhdidlə məşğul olar. Türkiyənin gözündə YPG PKK-nın qoludur və sərhədlərində YPG-nin mövcudluğuna dözməyəcəklər. Bu problemi həll etmək məsələsində müttəfiqimiz Türkiyəyə borcluyuq. Amma münaqişənin İŞİD-in məhvində bizə kömək edən Suriya Demokratik Qüvvələrinin (əsasən YPG və PYD kürd silahlılarından ibarətdir) özünü yox etməməsi üçün SDQ-nə də borcluyuq. Bunun üçün kim bizə kömək edəcək? Bu problemi həll etmək üçün təhlükəsiz bir zonaya ehtiyacımız var. Bu zonadakı əsgərlər həm də İŞİD-in yenidən baş qaldırmamasını təmin etməlidir. Əgər bunu etməsək, Qərbin Suriyadan çəkilməsindən ən çox qazanan İran olacaq”, – Qraham bəyan edib.

Amerikalı senator əlavə edib ki, ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford Suriyaya hərbçi göndərmək mövzusunda tezliklə avropalı həmkarları ilə görüşəcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Suriya   Türkiyə   ABŞ   İran   Avropa  





Xəbər lenti