Səudiyyə vəliəhdi Pakistan səfərini təxirə saldı

Səudiyyə vəliəhdi Pakistan səfərini təxirə saldı
  16 Fevral 2019    Oxunub:1430
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistana səfərini bir günlük təxirə salıb.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Qeyd olunub ki, Məhəmməd bin Salman heç bir izahat vermədən, bu günə təyin olunan səfərini 17 fevrala keçirib.

Bununla belə nazirlikdən bildirilib ki, Səudiyyənin vəliəhd şahzadəsinin sabah İslamabada edəcəyi 2 günlük səfər proqramında heç bir dəyişiklik olunmayıb.

Məhəmməd bin Salmanın Pakistanda milyardlarla dollar dəyərində investisiya müqavilələri imzalayacağı gözlənilir. Səudiyyə Ərəbistanının vəliəhdi Pakistandan sonra qonşu Hindistana da gedəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Pakistan  





Xəbər lenti