Konqress Trampa qarşı yeni istintaq başlatdı

 Konqress Trampa qarşı yeni istintaq başlatdı
  16 Fevral 2019    Oxunub:2128
ABŞ Konqressinin Nümayəndələr Platasının demokratların nəzarətində olan hüquq komitəsi prezident Donald Trampın fövqəladə vəziyyətlə bağlı sənədi imzalamasından sonra məsələ ilə bağlı istintaqa başladıqlarını elan edib.
Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, bu barədə komitənin rəsmi saytında Trampa ünvanlanmış məktub yerləşdirilib.

“Nümayəndələr Palatasının hüquq komitəsi bu məsələ üzrə dərhal istintaq başladır”, – deyə vurğulanıb.

Trampın fövqəladə vəziyyət elan etməsinin səbəblərini araşdırmaq üçün konqressmenlər Ağ Evin hüquq məsləhətçisi Pet Çipolloneni və ABŞ Ədliyə Nazirliyinin nümayəndələrini ifadə verməyə çağıracaqlar.

Qeyd edək ki, ötən axşam Tramp Meksika ilə sərhəddə divarın tikilməsi üçün büdcədən əlavə vəsait qoparılması məqsədilə ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə sənəd imzalayıb. Lakin bu məsələ üçün Trampın tələb etdiyi 5,7 milyard dollar əvəzinə yalnız 1,375 milyard dollar ayrılmasına razılaşan demokratlar fövqəladə vəziyyət rejiminin tətbiqinə kəskin etiraz ediblər. Konqressin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampın qərarına qarşı məhkəmədə iddia qaldıracaqlarını bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   Konqress   ABŞ  





Xəbər lenti