İndiyədək 5144 vərəsəyə birdəfəlik ödəmə verilib
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin (o cümlədən vərəsələri 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də aid edilib.
Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb. Bu günədək artıq 3958 şəhid üzrə 5462 vərəsəyə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub və onlardan artıq 3758 şəhid üzrə 5144 vərəsəyə həmin ödənişlərin verilməsi təmin edilib.
Azvision.az