Lavrov erməni nazirlə Qarabağı müzakirə edib

 Lavrov erməni nazirlə Qarabağı müzakirə edib
  16 Fevral 2019    Oxunub:2442
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyanla görüşüb.

Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Almaniyada Münhen Təhlükəsizlik konfransı çərçivəsində keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fikir mübadiləsi aparılıb.
Nazirlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıblar.

Azvision.az



Teqlər: Lavrov   Qarabağ   Münhen  





Xəbər lenti