Rusiyada universitet binası uçub - VİDEO

   Rusiyada universitet binası uçub -    VİDEO
  17 Fevral 2019    Oxunub:2560
Rusiyanın Sankt-Peterburq şəhərində İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin beşmərtəbəli binasında uçqun olub.
Azvision.az xəbər verir ki, uçqun binanın damından ikinci mərtəbəyədək davam edib. Hadisə ilə əlaqədar binadan 81 nəfər təxliyyə olunub.

Uçqunun təmir işləri aparılan zaman texniki tələblərin pozulması səbəbindən baş verdiyi ehtimal edilir.



Azvision.az



Teqlər: Rusiya   Uçqun   Universitet  





Xəbər lenti