Abel Məhərrəmov HƏYƏCAN təbili çaldı: “Bu, bizi ölümə aparacaq“

Abel Məhərrəmov HƏYƏCAN təbili çaldı: “Bu, bizi ölümə aparacaq“
  13 Noyabr 2013    Oxunub:1423
“Deyirsiniz ki, universitet niyə qabağa gedə bilmir? Mən indi sizə cavab verirəm”.

AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov deyib. Rektor-deputat təhsilin inkişaf etməməsini deyən şəxslərə iradını bildirib:

“Bəzən deyirlər ki, Azərbaycanda təhsil zəif inkişaf edir. Bununla razı deyiləm. Azərbaycanda təhsil və elm inkişaf edir. Bəzən bunu o adamlar izah edir ki, təhsil sahəsində heç nə bilmirlər. Ona görə də imkan verin ki, təhsil işçiləri də nəsə desin. Azərbaycanda təhsil siyasəti iki istiqamətdə gedir. Ölkə daxili tələblər hazırlanır və xaricə tələbələr göndərilir. Yoxlanılıb ki, o göndərilən tələbələrdən hansısa universitetdə işləyir? Göndəririk ki, o tələbələr gedib orada təcrübəni öyrənib gəlib ölkədə tətbiq etsinlər. Lakin xaricdə oxumağa gedən gəlib işləmir. Onlardan hansı universitetlərdə işləyir? Hökümət bu tələbələrə bu qədər pul ayrır”.

Rektor-deputat çıxışında həmçinin yataqxana problemindən də söz açıb.

“Deyirsiniz ki, universitet niyə qabağa gedə bilmir? Mən cavab verirəm. Dünyada 150 min universitet var. 20 min top universtet arasında bizim yerimiz 602-cidir. Biz 100 balı yataqxanaya görə ala bilmirik. 15-20 min tələb oxuma istəyir, amma yataqxanamız yoxdur”.

Magistatura və doktoranturada təhsil alan oğlanlara hərbi xidmətdən möhlət verilməsi ilə bağlı danışan Abel Məhhərəmov qeyd edib ki, oğlanlar hərbi xidmətdən azad olunmaldır: “Hərbi xidmətdən azad olunması məsələsinin üzərində ciddi düşünülməlidir. Yoxsa bu bizi ölümə aparacaq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti