Moskvada Lotu Qulunun “sağ əli” həbs olunub

Moskvada Lotu Qulunun “sağ əli” həbs olunub
  13 Noyabr 2013    Oxunub:4395
O, 26 yaşlı Rasim Əhmədovdur.
Moskvada azərbaycanlı iş adamlarının oğurlanmasında əli olan qruplaşmanın üzvü olmaqda sübhəli bilinən azərbaycanlı saxlanılıb.

Onun “Qulu” ləqəbli “qanuni oğru” ilə birgə işlədiyi ehtimal olunur.

Rusiya İstintaq Komitəsindən verilən məlumata əsasən, polis ilk olaraq insanları oğurlayaraq əvəzində pul tələb edən qruplaşmanı tapıb, sonradan onun lideri olduğu ehtimal olunan şəxslərdən birini saxlayıb.

“Araşdirma zamanı polislər qruplaşmanın daha bir üzvünu 26-yaşlı milliyətcə azərbaycanlı Rasim Əhmədovu həbs ediblər. O, hal-hazırda Azərbaycanda həbsdə olan “Qulu” ləqəbi ilə tanınmış “qanuni oğru” Səlimov Nadir Nəriman oğlu ilə birgə fəaliyyət göstərib”,-deyə komitənin məlumatında bildirilir.

Əldə olunmuş məlumata əsasən, hal-hazırda həbsdə olan kriminal avtoritet Rusiayada azərbaycanlı iş adamlarının oğurlanması ilə məşğul olan etnik qruplaşmalara başçılıq edir.

Rusiya DİN-dən verilən məlumata əsasən, saxlanılan Əhmədov qurbanların müəyyən edilməsi və “Qulu” ilə etnik liderlər arasında əlaqənin yaradılması ilə məşğul olub.

Qeyd edək ki, Əhmədov özünün Moskvadakı evində saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti