240 sərnişinin olduğu qatar relsdən çıxdı

  18 Fevral 2019    Oxunub : 866
240 sərnişinin olduğu qatar relsdən çıxdı
İsveçrənin Bazel şəhərindəki vağzal yaxınlığında “Intercity-Express” yüksək sürət qatarı relsdən çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə İsveçrənin Dəmir Yolları Xidmətinin rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, içərisində təqribən 240 sərnişinin olduğu sürətli qatar ötən axşam Berlindən İnterlaken kurort şəhərinə gedərkən relsdən çıxıb.

İnsidentdən sonra bütün sərnişinlər təxliyyə olunub, xəsarət alan yoxdur. Qatarın relsdən çıxma səbəbləri araşdırılır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İsveçrə