Pakistan Hindistandakı səfirini geri çağırdı

  18 Fevral 2019    Oxunub : 863
 Pakistan Hindistandakı səfirini geri çağırdı
Pakistanın son günlər Hindistanla aralarında yaşanan gərginlik səbəbiylə Yeni Delhidəki səfirini məsləhətləşmələr üçün müvəqqəti olaraq geri çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Feysəl bəyan edib.

“Biz Hindistandakı səfirimizi məsləhətləşmələr üçün geri çağırmışıq. O, bu gün səhər Yeni Delhini tərk edib” – Feysəl "Tvitter"də yazıb.

Qeyd edək ki, 14 fevralda iki ölkə arasında mübahisəli ərazi olan Kəşmirin Hindistanın nəzarətində olan hissəsində - Cammu Kəşmirdə hərbçiləri daşıyan maşın karvanına edilən bombalı hücum nəticəsində 40-dan çox hindistanlı hərbçi ölüb. İndiyədək hind təhlükəsizlik qüvvələrinə qarşı ən qanlı hücum kimi qiymətləndirilən bu hadisəyə görə Hindistan hökuməti qonşu Pakistanı ittiham edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Pskistan   Kəşmir   Hindistan