Almaniyanın axtardığı türk Ermənistanda tutuldu

  18 Fevral 2019    Oxunub : 1207
 Almaniyanın axtardığı türk Ermənistanda tutuldu
“İnterpol” (Beynəlxalq Cinayət Polisi İdarəsi ) xətti ilə beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı, 53 yaşlı S.Faruk Ermənistanda həbs edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 2012-ci ildən “İnterpol” vasitəsilə axtarışa verilən S.Faruk 16 fevralda “Baqrataşen” sərhəd-keçid məntəqəsində saxlanılıb.

Axtarış üçün təşəbbüskar dövlət Almaniyadır. Türkiyə vətəndaşının hansı cinayət ittihamı üzrə axtarışda olması və həbs edilməsi barədə məlumat verilmir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Türkiyə   Almaniya