Britaniyada 7 deputat istefa verdi

Britaniyada 7 deputat istefa verdi
  18 Fevral 2019    Oxunub:1644
Böyük Britaniyanın əsas müxalifəti olan Leyboristlər Partiyasının 7 deputatı partiya üzvlüyündən istefa verib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, partiyanın 7 üzvü istefa barədə qərarlarını Londonda keçirdikləri mətbuat konfransında bəyan ediblər. Bundan sonra parlamentdə müstəqil mandatla bitərəf mövqe tutacaqlarını deyən deputatlar, digər partiyalardakı narazı həmkarlarını da onlara qoşulmağa çağırıblar.

Müxalif düşərgə deputatlarının istefasına səbəb kimi Leyboristlər Partiyasının yəhudilər əleyhinə və ifrat solçu olması göstərilir. Onların istefasından sonra bu partiyanın Britaniya parlamentində sahib olduğu yerlərin sayı 249-a düşüb.

Qeyd edək ki, 2015-ci ildən Leyboristlər Partiyasının lideri olan Ceremi Korbin antisemitizmin təbliğatçısı və Fələstin xalqının dəstəkçisi kimi tanınır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Britaniya   Fələstin   Leyboristlər  





Xəbər lenti