Nazir Tereza Meyin ticarət elçisi ilə görüşüb
Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Böyük Britaniyanın Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə dəstəyi, BP-nin iştirakı ilə Cənub Qaz Dəhlizi üzrə əldə edilmiş nailiyyətlər, eləcə də bərpaolunan enerji sahəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.
P.Şahbazov E.Nikolsonun Məşvərət Şurasının iclaslarında iştirakını yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanın mühüm tərəfdaşı kimi Böyük Britaniya ilə enerji sektorundan başqa, digər sahələrdə də uzunmüddətli əməkdaşlıq üçün böyük potensial var. Qeyri-neft sektorunda çoxşaxəli əməkdaşlığı təmin edəcək prioritetlər Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının gündəliyinə daxil olunacaq.
Söhbət zamanı regional və qlobal məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: Azərbaycan Enerji