ABŞ-ın 16 ştatı Trampı məhkəməyə verdi

 ABŞ-ın 16 ştatı Trampı məhkəməyə verdi
  19 Fevral 2019    Oxunub:1848
Amerikanın Kaliforniya, Kolorado, Konnektikut , Delaver, Havay və digərlərindən ibarət 16 ştatının nümayəndələri Meksika ilə cənub sərhəddində fövqəladə vəziyyət rejimi elan etdiyinə görə prezident Donald Trampı məhkəməyə veriblər.
Azvision.az “Politico”ya istinadən xəbər verir ki, iddiaçılar ABŞ prezidentini “qanunsuz sxemlə” Amerika vergiödəyicilərinin vəsaitlərini birtərəfli qaydada oğurlamaqda ittiham edirlər.

“Qanunsuz immiqrasiya böhranı bəhanəsilə Tramp ölkədə fövqəladə vəziyyət rejimi elan edərək, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, hərbi tikintilər və hüquqi məcburetmə təşəbbüsləri üçün ayrılan federal vəsaitləri divarın tikilməsinə yönəltmək istəyir. Biz, prezident səlahiyyətlərindən sui-istifadəsini bloklamaq üçün Trampı məhkəməyə veririk” – ştatların iddia ərizəsində qeyd olunur.

Xatırladaq ki, cənub sərhədlərindəki vəziyyətin humanitar böhrana səbəb olması və dövlətin təhlükəsizliyinə təhdid yaratmasını əsas tutaarq ABŞ prezidenti Donald Tramp 15 fevralda ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə sənəd imzalayıb. Bu yolla o, Konqressdən yan keçərək Meksika ilə sərhəddə divarın tikintisi üçün federal büdcədən 8 milyard dollaradək vəsait ayrılmasına nail ola bilər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   Konqress   ABŞ  





Xəbər lenti