Ruslar Polşa səfirliyinə hücum etdilər - VİDEO

Ruslar Polşa səfirliyinə hücum etdilər - VİDEO
  13 Noyabr 2013    Oxunub:1300
Ruslar polşalıların hücumuna hücumla cavab verdilər.
Polşa millətçilərinin Varşavadakı Rusiya səfirliyi qarşısındakı aksiyalarına ruslar analoji üsulla cavab veriblər. AzVision.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bir neçə gənc Polşanın Moskvadakı səfirliyinə yandırıcı maddələr (`fayer`) atıblar. Lakin `fayer`lər səfirliyin hasarına dəyərək yerə düşüb.

Səfirlik işçiləri isə hadisədən, ümumiyyətlə, məlumatsız olublar. Onlar baş verən hadisə ilə bağlı hadisə yerinə gələn polislərdən xəbər tutublar.

Araşdırmalar nəticəsində məlum olub ki Polşa səfirliyinə hücum edənlər qeydiyyatdan keçməmiş solçu «Druqaya Rossiya» Partiyasının fəalı olublar. Moskva polisi 4 hücumçunu saxlayıb.

Xatırladaq ki, noyabrın 12-də Rusiyanın Polşadakı səfirliyi hər il millətçilər tərəfindən keçirilin ənənəvi "Müstəqillik marşı"nın iştirakçılarının hücumuna məruz qalmışdı.

Səbinə Həsənova
AzVision.az





Teqlər:  





Xəbər lenti