ATƏT sədri Bakı və İrəvana danışıqlara gəlir - Yenilənib

  19 Fevral 2019    Oxunub : 1614
ATƏT sədri Bakı və İrəvana danışıqlara gəlir - Yenilənib
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq məqsədilə Bakı ilə İrəvana səfər edəcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Layçak bunu Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bəyan edib.

“Məhz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmək üçün martın ilk yarısında mən Bakı və İrəvana səfər etməyə hazırlaşıram. Bununla bağlı Ermənistan və Azərbaycandan dəvət almışam” – ATƏT-in sədri vurğulayıb.

Miroslav Layçak onu da vurğulayıb ki, “Slovakiyia Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud formatı və Minsk qrupu həmsədrlərinin fəaliyyətini tam dəstəkləyir”.

ATƏT sədrinin sözlərinə görə, Ermənistanda seçkilərdən sonra müşahidə edilən “yeni vəziyyət” münaqişənin nizamlanmsı istiqamətində müəyyən ümidlər yaradır.

“Ermənistanda seçkilər nəticəsində çox güclü mandat qazanan bir hökumət var və bununla əlaqədar (münaqişənin həlli istiqamətində) hansısa ümidlər mövcuddur. Bizim məqsədimiz Minsk qrupu həmsədrlərinin bu yeni vəziyyətdən istifadə etmələrinə kömək göstərməkdir” – Layçak bildirib.


Leyla Elbrusqızı
Azvision.az


Teqlər: ATƏT   Bakı   İrəvan   Qarabağ