Ədliyyə nazirini meymuna bənzətdi

Ədliyyə nazirini meymuna bənzətdi
  13 Noyabr 2013    Oxunub:1053
Fransanın «Minute» jurnalı ədliyyə nazirini meymuna bənzətdi
AzVision.az-ın qərb mətbuatına istinadən xəbər verir ki, Fransanın «Minute» jurnalı “Meymun kimi hiyləgər” başlıqlı məqaləsində ədliyyə naziri Kristian Tobira meymunla müqayisə edib, üstəlik bu xəbəri manşetə çıxarıb. Jurnalın üz qabığında qaradərili ədliyyə nazirinin şəklinə əlavə olaraq yazılıb: ” Tobira burada banan var” .

Hazırda Fransa hökuməti ədliyyə nazirini meymuna bənzətməklə onu təhqir edən ultrasağçı nəşrin məhkəməyə verilməsi məsələsini müzakirə edir.

Qeyd edək ki, ədliyyə naziri Kristian Tobira özü bu barədə açıqlama verməkdən imtina edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti