Ermənistan Parlamenti Qarabağla bağlı qanun layihəsini boykot etdi

Ermənistan Parlamenti Qarabağla bağlı qanun layihəsini boykot etdi
  13 Noyabr 2013    Oxunub:1164
Ermənistan parlamenti separatçı "Dağlıq Qarabağ rejiminin Ermənistan tərəfindən tanınması haqqında" qanun layihəsi ilə bağlı səsverməni boykot edib.

Ermənistan mediasının məlumatına görə "İrs" partiyasının fraksiya rəhbəri Zarui Postancyan qondarma rejimin dırnaqarası "müstəqilliyinin" Ermənistan tərəfindən tanınmasının vacibliyini bir daha vurğulamaq istəyib, lakin spiker Ovik Abramyan onun mikrofonunun söndürülməsinə göstəriş verib.

Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan və "Çiçəklənən Ermənistan" Partiyasının parlament fraksiyasının katibi Naira Zöhrabyan səsvermədə iştirak etməyəcəklərini bəyan ediblər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti