“Prezident layihənin gedişindən razıdır” - Nazir

“Prezident layihənin gedişindən razıdır” -  Nazir
  20 Fevral 2019    Oxunub:2770
"Cənub Qaz Dəhlizi" layihəsi iştirakçı dövlətlər üçün enerji təhlükəsizliyi və iqtisadi inkişaf deməkdir.
Azvision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci iclasının yekununa dair mətbuat konfransında deyib.

"Ölkə başçısı Məşvərət Şurasının işini yüksək qiymətləndirib, layihənin gedişindən razı qaldığını bildirib və öz çıxışında tövsiyyələrini verib. Bu il Məşvərət Şurasına qatılan ölkələrin sayı artıb, 17 ölkə iştirak edib və bu, layihəyə marağın artması deməkdir. Layihənin 3 enerji xətti - "Şahdəniz" qaz yatağı, Cənubi Qafqaz boru kəməri, TANAP layihələri demək olar ki, sona çatdırılıb. TAP üzərində işlər davam etdirilir, layih 85 faiz icra olunub", - deyə P.Şahbazov vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Energetika   Nazir  





Xəbər lenti