İrəvanda ata qızı ilə birgə hökumət binasında intihara cəhd etdi

  20 Fevral 2019    Oxunub : 1207
İrəvanda ata qızı ilə birgə hökumət binasında intihara cəhd etdi
İrəvanda Ermənistan hökumətinin binasında ata və qızının intihar cəhdinin qarşısı alınıb.

Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, Gümrü şəhərinin sakini olan 54 yaşlı P.Arutyun baş nazir Nikol Paşinyan hakimiyyətinə etiraz olaraq qızı ilə birlikdə hökumət binasına daxil olub, orada özlərini yandırmağa cəhd ediblər.
Lakin binadakı növbətçi polislər intihar cəhdinin qarşısını vaxtında ala biliblər.

Polis məntəqəsinə aparılan Arutyunun üzərindən özlərini yandırmaq üçün götürdüyü tezalışan maye tapılıb. Onun qızı ilə birlikdə intihara cəhd etməsinin səbəbləri barədə məlumat verilmir. Məsələ ilə bağlı araşdırma aparılır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   İntihar