Ermənilər Xocalı aeroportunu işə salmağa çəkinir
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, aeroportun mümkün istismarına münasibət bildirən Sərkisyan məsələnin daim gündəmdə olduğunu qeyd edib. “Lakin biz bu məsələni xüsusi gərginlik olmadan reallaşdırmağa çalışırıq. Bu mənada problemin hər cür siyasi möhtəkirlikdən təcrid edilməsi çox vacibdir”, - deyə o, sözünü yekunlaşdırıb.