Paşinyan həmsədrlərlə Qarabağı müzakirə etdi

  20 Fevral 2019    Oxunub : 1408
 Paşinyan həmsədrlərlə Qarabağı müzakirə etdi
İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskonti Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparılıb.

Paşinyan münaqişənin həlli istiqamətində beynəlxalq vasitəçilərin mühüm işlər gördüyünü deyib.

Minsk qrupunun həmsədrləri İrəvandan sonra Bakıya gələcəklər.

Bundan əlavə, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak da Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün martın ilk yarısında Azərbaycan və Ermənistana səfər edəcək.

Azvision.az

Teqlər: Paşinyan   Qarabağ