Metropolitendə sıxlıq problem olaraq qalır

Metropolitendə sıxlıq problem olaraq qalır
  14 Noyabr 2013    Oxunub:1274
Bakı Metropoliteni yeni xətdə sərnişin axınının sıxlığı problemini həll edəcək.
Metropoliteninin işinin ən qızğın saatlarında stansiyalarda sərnişin axınının sıxlığı problemi perronların cəmi beş vaqonun dayanması üçün nəzərdə tutulması ilə bağlıdır. Metropolitenin imkanları qatarlar arasında iki dəqiqə səviyyəsində minimum intervalı təmin etməyə imkan verir ki, buna da əməl olunur.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, “bənövşəyi” xətdə tikilən stansiyalar yeddi vaqon üçün nəzərdə tutulub. Lakin əvvəlcə xətdə beş vaqondan ibarət qatarlar hərəkət edəcək. Yeni xətdə sərnişin axını artdıqca, qatara əlavə iki vaqon qoşmaq imkanı olacaq.


Teqlər:





Xəbər lenti