Şahzadəni gül-çiçəklə qarşılayan baş naziri tənqid etdilər

  21 Fevral 2019    Oxunub : 1375
Şahzadəni gül-çiçəklə qarşılayan baş naziri tənqid etdilər
Hindistan baş naziri Narendra Modinin Asiya turnesi çərçivəsində Nyu-Delhiyə gələn Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı hava limanında şəxsən özü əllərində çiçəklə qarşılaması ciddi mübahisələrə və qınağa səbəb olub.
Azvision.az xəbər verir ki, Hindistandakı qəbul protokuluna əsasən xarici dövlət rəsmisini hava limanında qarşılamaq üçün baş nazir öz yerinə başqa naziri və ya digər bir vəzifəli şəxsi göndərir.

Lakin Hindistan XİN-in sözçüsü Raveş Kumarın sosial şəbəkədə paylaşdığı şəkil və “Protokolun pozulmasilə iki ölkənin münasibətlərində yeni bir fəsil başlayır” sözlərini yazması hindistanlılar və digər istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onların sözlərinə görə “baş nazir Modini şəxsən hava limanına aparan ayaqları yox, vəliəhdin pullarıdır”.

Qeyd edək ki, Məhəmməd bin Salman Modi ilə görüşündə Hindistan iqtisadiyyatının inkişafına 100 milyard dollarlıq investisiya yatıracağına dair söz verib. Bu məbləğin 11 milyardı Hindistanın qərbində Oman dənizinin sahillərindəki Maharaşta əyalətində iri neft-kimya zavodunun tikintisinə, 89 milyardı isə müxtəlif iqtisadi əməkdaşlıq layihələrinin reallaşmasına xərclənəcək.

Eyni zamanda, vəliəhd şahzadə hindistanlı hacılar üçün həcc ziyarəti kavotasının 200 minə qaldırılmsı barədə qərar qəbul edib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Hindistandan sonra Çinə gedəcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Səudiyyə   Hindistan   Çin