Boksçumuz ermənini məğlub etdi
AzVision.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın 2 üzvü görüşlərini qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıb.
46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanıb - 3:0. Həmyerlimiz yarımfinalda Gürcüstan təmsilçisi Giorgia Çarqazia ilə qarşılaşacaq.
Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Boksçumuz ¼ finalda macarıstanlı Mate Çazçarı üstələyib - 3:0. Ü.Rüstəmovun növbəti rəqibi irlandiyalı Patrik Kleari olacaq.
Axşam proqramında isə daha 2 boksçumuz rinqə çıxacaq.
Teqlər: