Pakistan FETÖ-nün tələbini rədd etdi

 Pakistan FETÖ-nün tələbini rədd etdi
  21 Fevral 2019    Oxunub:2257
Pakistan Konstitusiya Məhkəməsi FETÖ-nun terror təşkilatı kimi tanıması qərarının ləğvi və Pakistanda ona məxsus məktəb və tədris ocaqlarının geri qaytarılmasına dair (Fətullah Gülənin liderlik etdiyi “Fətullahçı Terror Təşkilatı”) FETÖ-nun təqdim etdiyi şikayət ərizəsini rədd edib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Maarif Vəqfinin Pakistandakı vəkili Məhəmməd Süheyl Səcid bildirib. Onun sözlərinə görə, FETÖ ondan alınaraq Vəqfə verilən Pakistandakı məktəbləri geri almaq üçün ən tanınmış və bahalı vəkillərdən birini tutub. Lakin bu gün məsələyə baxan Pakistan Konstitusiya Məhkəməsi vəkilin tərtib etdiyi şikayət ərizəsinin qəbul etməyəcəyinə dair qərar çıxarıb.

Məhkəmə bu qərarını prosedur qaydalarının pozulması ilə izah edib. Belə ki, Konstitusiya Məhkəməsinin çıxardığı hansısa bir qərara yenidən baxılması üçün şikayət ərizəsi təkrar olaraq məhz əvvəlki vəkil tərəfindən doldurulmalıdır.

Qeyd edək ki, Pakistan Konstitusiya Məhkəməsinin 2018-ci ilin dekabrında çıxardığı qərarla FETÖ Pakistanda terror təşkilatı kimi tanınır və ona məxsus 28 tədris müəssisəsi Türkiyə Maarif Vəqfinə təhvil verilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: FETÖ   Pakistan   Türkiyə  





Xəbər lenti