Magistraturalara sənəd qəbulu başlayır

Magistraturalara sənəd qəbulu başlayır
  06 Fevral 2013    Oxunub:2358
İmtahanın birinci mərhələsi martın 3-də keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulunun aparılma tarixlərini və qəbul imtahanın birinci mərhələsinin keçirilmə vaxtını açıqlayıb.

Belə ki, fevralın 11-dən 2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbuluna başlayır.

Bakalavrlar "Bakalavrın elekron ərizə" formasını fevralın 11-də 21-dək doldurmalı, fevralın 12-dən 22-dək ərizələrini təsdiq etdirməlidirlər. Cari ilin məzunları "Bakalavrın elektron ərizə" formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməlidirlər.

Ali məktəblərin əvvəlki illərin məzunları, nəzdində SQK-lar fəaliyyət göstərməyən ali məktəblərin məzunları "Bakalavrın elektron ərizə" forması ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirə bilərlər.

Xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşları "Bakalavrın elektron ərizə" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirməlidirlər. Elektron imzaları olan bakalavlar SQK-ya müraciət etmədən əizələrini təsdiqlədə bilərlər.

İmtahanın birinci mərhələsi martın 3-də keçiriləcək.

Bununla yanaşı , Azərbaycanda ilk dəfə olaraq ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə fevralın 17-də sınaq imtahanı keçiriləcək. Artıq bu gündən sınaq imtahanlarına internet vasitəsilə qeydiyyatın aparılmasına başlanılıb.

Magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavarların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dil bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.

Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu zaman bakalavrlara ümumi intellekt səviyyəsininin yoxclanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulan minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar.


Teqlər:





Xəbər lenti