Avropa ölkələri Trampın tələbini rədd etdilər

 Avropa ölkələri Trampın tələbini rədd etdilər
  21 Fevral 2019    Oxunub:1640
Vaşinqtonun NATO üzrə Avropadakı ən yaxın müttəfiqləri kürdlərin qorunması üçün Suriyanın Türkiyə ilə şimal sərhəddində öz qoşunlarını yerləşdirmələri ilə bağlı ABŞ prezidenti Donald Trampın xahişini yekdilliklə rədd ediblər.
Azvision.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti amerikalı və avropalı rəsmilərə istinadən yazıb.

Qeyd olunur ki, Tramp administrasiyası ABŞ qoşunlarının Suriyadan çıxmasından sonra ölkənin şimal sərhədlərində Türkiyəni suriyalı kürdlərdən ayıracaq təhlükəsizlik zonalarında patrul aparmaq üçün avropalı müttəfiqlərindən “müşahidə qüvvələri” formalaşdırmalarını istəyir. Lakin Böyük Britaniya, Fransa və hətta Suriyada hərbçisi olmayan Almaniya bunu etməyəcəklərini deyiblər.

Fransa xarici işlər naziri hələ ötən həftə bildirmişdi ki, Trampın bu cür taktikası təəccüb doğurur. Bu həftə isə Britaniyanın xarici işlər naziri Ceremi Hant bəyan edib ki, Suriyadakı amerikalı hərbçilərin britaniyalılarla əvəzlənməsinin heç bir perspektivi yoxdur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Avropa   ABŞ  





Xəbər lenti