Petrosyanın da cinayətləri araşdırılacaq

 Petrosyanın da cinayətləri araşdırılacaq
  21 Fevral 2019    Oxunub:1562
Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın hakimiyyəti dövründəki qalmaqallı hadisələri və ya faktları da araşdıracaq.
Azvision.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, istənilən şəxsə qarşı aparılan müvafiq yoxlamalar zamanı onlara heç nə mane ola bilməz və ortada fakt varsa, Petrosyan da prezidentliyi dövründə etdiyi qanun pozuntularına görə cavab verəcək.

“Əgər bu və ya digər şəxslərin fəaliyyətlərində cinayət tərkibinin olmasını sübut edən faktlar aşkarlanarsa, onda bizim qarşımızı heç nə ala bilməz”, – deyə Vanetsyan vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti