ABŞ “Huawei” istifadə edən ölkələrlə əməkdaşlığı dayandırır
“Avropadakı və digər regionlardakı millətlər “Huawei” şirkətinin istehsalı olan telekommunikasiya avadanlıqlarını tətbiq etməyin doğurduğu riskləri başa düşməlidirlər. Və başa düşdükləri zaman onlar bu şirkətin sistemlərindən istifadə etməyəcəklər” – Pompeo vurğulayıb.
Qeyd edək ki, ABŞ Çinin dünyaca məşhur “Huawei” telekommunikasiya şirkətinin Çin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini iddia edir. Bu səbəbdən də, ötən ilin yayında ABŞ Çinin “ZTE” və “Huawei” şirkətlərinə məxsus kommunikasiya avadanlıqlarının Amerika dövlət qurumları tərəfindən alınması və istifadəsini qadağan edib.
Leyla Elbrusqızı
Azvision.az