Nazarbayev hökuməti istefaya göndərdi

   Nazarbayev hökuməti istefaya göndərdi
  21 Fevral 2019    Oxunub:2251
Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökuməti istefaya göndərib.
Azvision.az xəbər verir ki, bununla bağlı Nazarbayev fərman imzalayıb. Belə ki, Baş nazirin birinci müavini Askar Mamin baş nazir səlahiyyətlərinin icraçısı təyin olunub. Hökumət üzvləri yeni tərkib təsdiq olunana qədər vəzifələrinin icrasını davam etdirəcəklər.

"Yeni hökumət həyat səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın stimullaşdırılması, strateji hədəflərin reallaşdırılması üçün fəaliyyət planı hazırlamalıdır”, - Nazarbayevin bəyanatında qeyd olunub.

Azvision.az



Teqlər: Nazarbayev   İstefa   Hökumət  





Xəbər lenti