Güləşçilərimiz Macarıstanda yarışacaqlar

Güləşçilərimiz Macarıstanda yarışacaqlar
  22 Fevral 2019    Oxunub:1881
Fevralın 23-24-də Macarıstanın Dyor şəhərində yunan-Roma güləşi üzrə "Qran-pri" keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Azvision.az -a verilən məlumata görə, reytinq xarakterli turnirdə ölkəmizi 3 pəhləvan təmsil edəcək.

Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Murad Məmmədov (60 kq), İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) Macarıstanda mübarizə aparacaq.

Azvision.az



Teqlər: Güləş   Qran-Pri  





Xəbər lenti