“Rus qoşunları Qafqazda müharibədən çəkindirici faktordur” - Tonoyan

“Rus qoşunları Qafqazda müharibədən çəkindirici faktordur”  -  Tonoyan
  22 Fevral 2019    Oxunub:1999
Rusiyanın Qafqaz kollektiv təhlükəsizlik regionundakı hərbi iştirakı döyüş əməliyyatlarının bərpasının qarşısını alan və regional sabitlik və təhlükəsizliyin qorunmasına kömək edən çəkindirici faktordur.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan “Vətənin Müdafiəçisi Günü “ (23 fevralda qeyd olunur) münasibətilə Rusiyanın İrəvandakı səfirliyində keçirilən qəbulda çıxış edərkən deyib.

Bildirib ki, Moskvaya səfəri zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu ilə hava hücumundan birgə regional müdafiə sisteminin yaradılması və Ermənistan ilə Rusiyanın birləşmiş qoşun qruplaşmasına dair əvvəlki sazişlərin müddəalarının praktiki icrasına istiqamətlənən bir sıra sənədlər imzalayıb.

Tonoyanın sözlərinə görə, müdafiə sahəsində Ermənistanın Rusiya ilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb və bu, strateji əlaqələrin gələcək inkişafı üçün əlavə impuls yaradır.

Onun çıxışını şərh edən erməni ekspertlərin fikrincə, “rus qoşunları Qafqazda çəkindirici faktordur” deməklə, Tonoyan Rusiyanın hərbi dəstəyi olmadan Azərbaycanla birbaşa müharibədə Ermənistanın total məğlubiyyətlə üzləşəcəyini etiraf etmiş oub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti