Bakı məktəblisi İranda bayrağa görə etiraz etdi - VİDEO

Bakı məktəblisi İranda bayrağa görə etiraz etdi -  VİDEO
  22 Fevral 2019    Oxunub:5467
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş idman yarışında örnək ola biləcək addım atıb.
İdarədən Azvision.az -a verilən məlumata görə, Z.Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. O, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib.



Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.



Azvision.az



Teqlər: Şagird   Bayraq   Azərbaycan  





Xəbər lenti