AKP-nin spiker postuna namizədi bəlli oldu

AKP-nin spiker postuna namizədi bəlli oldu
  22 Fevral 2019    Oxunub:1542
Hakim Ədalət və İnkişaf Partiyası (AKP)Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə millət vəkili Mustafa Şentopun namizədliyini irəli sürüb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ixtisasca hüquqşünas olan Mustafa Şentop hazırda Türkiyə parlamentində AKP millət vəkilləri qrupuna rəhbərlik edir.

Qeyd edək ki, TBMM-nin keçmiş sədri Binəli Yıldırım martın 31-də keçiriləcək bələdiyyə seçkilərində İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyinə namizəd olduğu üçün spiker postundan istefa verib.

Azvision.az


Teqlər: AKP   TBMM  





Xəbər lenti