Türkiyədə bir ildə 130 minə yaxın antiterror əməliyyatı keçirilib

 Türkiyədə bir ildə 130 minə yaxın antiterror əməliyyatı keçirilib
  22 Fevral 2019    Oxunub:1581
2018-ci ildə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən 129 min 787 antiterror, 147 min 552 isə narkotik əməliyyatı həyata keçirilib.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin DİN rəhbəri Süleyman Soylu deyib.

Nazir bildirib ki, ötən il ərzində Türkiyədə ələ keçirilən narkotik vasitələrin dəyəri 3.5 milyard lirədir: “Bundan əlavə, 2018-ci ildə 268 min qanunsuz miqrant saxlanılıb. Bu rəqəmlər dünyanın inkişaf etmiş, pulu çox, vicdanı qıt ölkələrinin eşitməkdən qorxduğu rəqəmlərdir”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Terror   Narkotik   Lirə  





Xəbər lenti