Ermənistanda intihar cəhdlərinin sayı 20% artıb

Ermənistanda intihar cəhdlərinin sayı 20% artıb
  22 Fevral 2019    Oxunub:3204
Son bir il ərzində Ermənistanda intihara cəhd edən ölkə vətəndaşlarının sayı əvvəlki illərə nisbətdə 20% artıb.

Azvision.az xəbər verir ki, bunu Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin kapitanı Tiqran Sarkisyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2018-ci ildə qeydə alınan 500 intihar cəhdindən 108-i ölümlə nəticələnib: “İntihar edənlər əsasən, 40-60 yaş arası kişilərdir. Kədərli nəticəsi olan bu cür intihar cəhdləri əsasən, özünü asmaq yolu ilə edilir.”

Tiqran Sarkisyan vurğulayıb ki, Ermənistanda ən çox intihar cəhdləri paytaxt İrəvanda, Şirak və Lori əyalətlərində qeydə alınıb.

Erməni psixoloq Arkadiy Meqrabyan isə jurnalistlərə bildirib ki, ölkədə baş verən intihar hallarının başlıca səbəbi sosial-iqtisadi vəziyyətin ağır olması və psixi pozğunluqdır. Onun fikrincə, görə, hökumət intihara yol açan səbəblərin aradan qaldırılması üçün davamlı iş görməli, əhalinin yaşayış şəraiti yaxşılaşdırılmalıdır. Əks halda, kütləvi depressiv vəziyyətin qarşısını almaq mümkün olmayacaq və vətəndaşlar çıxış yolunu özünə qəsddə görəcəklər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   İntihar  





Xəbər lenti