Məşhur müğənni tutuldu - Onu 7 il həbs gözləyir

 Məşhur müğənni tutuldu - Onu 7 il həbs gözləyir
  23 Fevral 2019    Oxunub:3515
Amerikada 10 maddə üzrə cinsi zorakılıqda ittiham olunan məşhur müğənni R. Kelly həbs edilib.

Azvision.az -ın məlumatına görə, bu barədə Çikaqo polis idarəsinin rəsmisi Entoni Qulyelmi "Twitter"də yazıb. O, bildirib ki, müğənni bu gün məhkəmə qarşısına çıxarılacaq
Qeyd edək ki, R. Kelly yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqda ittiham olunur. Prokurorluğun məlumatına əsasən, müğənninin 4 qurbanı olub və onlar 13 və 16 yaş arasındadır. İllinoys ştatının qanunlarına görə, bu maddə üzrə təqsirlənən şəxsin etdiyi əməl sübuta yetirilsə, onu 7 ilə qədər həbs cəzası gözləyir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Həbs  





Xəbər lenti